Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Dil bilikləri - Azərbaycan dili səlis, ingilis və rus dili üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqram biliyi
- Effektiv kommunikasiya və aktiv dinləmə, öyrənmə qabiliyyəti
İş haqqında məlumat:
- Yeni müştərilər cəlb etmək;
- Mövcud müştərilərlə münasibətləri qorumaq;
- Satış planını yerinə yetirmək;
- Müştərinin ehtiyacına uyğun məhsul təklif etmək;
- Telefon zəngləri və görüşlərin təşkili;
- Sığorta məhsulları barədə məlumat vermək;
- KASKO, icbari və tibbi sığortanın satışını etmək;
- Sığorta yenilənmələrinin izlənməsi;
- Gündəlik hesabatların hazırlanması;
- Müqavilə və sənədləşmə prosesində iştirak etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Fərdi satış üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.