Həkim-koordinator

  • Истекает 26 сентябрь 2026

Namizədə dair gözləntilər və xüsusi tələblər:

 

·      Ali təhsil (Tibbi);

·      Dil bilikləri- Azərbaycan və rus dili əla, ingilis dili orta səviyyədə;

·      Müvafiq sahədə 1-3 il iş təcrübəsi;

·      Kompüter bilikləri: MS Office proqramları;

·      Dəqiqlik, məsuliyyətlilik, komanda ilə işləmək bacarığı.

 

 

İş haqqında məlumat:

 

-Sığorta olunanların müraciətlərinin texniki və tibbi qiymətləndirilməsini aparmaq;

- Sığorta olunanların şikayətlərinə uyğun olaraq optimal tibbi xidmət alması üçün müvafiq tibb müəssisəsinə yönəltmək;

- Sığorta olunanın tibb müəssisəsində keyfiyyətli tibbi xidmət almasının təşkil etmək;

- Tibb müəssisələrinin Könüllü Tibbi Sığorta üzrə xidmət göstərilməsi haqqında müqavilə şərtlərinə riayət edib etməməyinə nəzarət etmək və qanunauyğunsuzluq aşkar etdikdə dərhal şöbə müdirinə məlumat vermək;

- Tibb müəssisəsinə yönəldilən sığorta olunanın diaqnozu və həkim təyinatı əsasında sığorta hadisəsinin ilkin qiymətləndirilməsini həyata keçirmək;

- Sığorta olunanların tibb müəssisələrinə müraciətinin koordinasiyası və uçotunu həyata keçirmək;

- Tibbi göstərişlər əsasında sığorta olunanların hospitalizasiyasının təşkil etmək və stasionarda olan müddətdə onların vəziyyətinə nəzarət etmək;

- Sığorta olunanlara tibb müəssisələrinə müraciət qaydası, eyni zamanda onların hüquq və öhdəlikləri haqqında tövsiyələr vermək;

- Sığorta olunanlar apteklərə yaxınlaşdıqda dərmanların diqnoza, təminata uyğunluğunu və limitinə nəzarəti həyata keçirmək.

 

İş şərtləri:

 

·       İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

·       İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24

·       Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır

·       İmtiyazlar: Könüllü tibbi sığorta;

 

      ​​​Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Həkim-koordinator) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur. Və ya bir başa email adresinə göndərə bilərlər -  [email protected]

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily0
  • Weekly653
  • Monthly2406