Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;
- 1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
- Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
- Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
- Arayışların hazırlanması və qeydiyyatın aparılması;
- HR üzrə gündəlik inzibati və əməliyyat proseslərinin icrasında iştirak etmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- İmtiyazlar: Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur