Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil ( Riyaziyyat, Maliyyə, Statistika bakalavr və ya magistr dərəcəsi);
- Müvafiq sahədə min 6 ay iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri arzu olunandır;
- MC Excel yaxşı səviyyədə bilmək, Python, SQL üstünlükdür;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Kommunikasiya və məlumatları aydın izah etmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Satış, zərər( sığorta hadisəsi) və digər portfel məlumatlarının toplanması,datanın təmizlənməsi və təhlili;
- Zərərlərlə bağlı fayllara(reportlara) nəzarətin həyata keçirilməsi;
- Risk göstəricilərinin (Zərər əmsalı,xərc əmsalı,hadisə tezliyi,orta zərər və s) hesablanması;
- Satış kanallarının effektivliyinin analizi;
- Müştəri seqmentasiyası analizi;
- Kampaniyaların nəticələrinin ölçülməsi;
- Hesabatların hazırlanmasında və avtomatlaşdırılmasında iştirak etmək.;
- Ümumi portfel üzrə və müxtəlif alt seqmentlərdə satış konsentrasiyasının yoxlanılması;
- Şöbəyə daxil olan sorğuların cavablanması.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı, N. Nərimanov ray., Ak. Həsən Əliyev küç 24;
- İmtiyazlar: Könüllü tibbi sığorta;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik aktuari) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.