Namizədə dair gözləntilər və tələblər:
- Ali təhsil (Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə);
- Maliyyə və ya hüquq sahəsi üzrə 3 il iş təcrübəsi;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Detallara diqqət və tapşırıqları prioritetləşdirmək bacarığı;
- Səlis danışıq qabiliyyəti;
- Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla, ingilis dili -əla.
Vəzifə öhdəlikləri:
- Şirkətin idarəetmə orqanlarının və komitələrinin bütün üzvləri ilə işləyir, onlara qərəzsiz məsləhətlər verir və Şirkətin məqsədlərinə uyğun hərəkət edir;
- Şirkətin korporativ idarəetməsinin Şirkətin məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir və Şirkətin korporativ idarəetmə strukturunun gücləndirilməsi üçün zəruri tədbirlər müəyyən edir;
- Şirkətin idarəetmə orqanlarının və komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir, həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;
- İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsini təmin edir;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrininin aparılmasında, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarətdə iştirak edir;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarətdə iştirak edir;
- Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuların koordinasiyasında iştirak edir;
- Müvafiq hesabatları tərtib edir və rəhbərliyə təqdim edir;
- Direktorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;
- Şirkətin idarəetmə orqanlarının və komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;
- Şirkət tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- İmtiyazlar: Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ katib) qeyd edərək, elektron poçt ünvanına göndərilməsi xahiş olunur