Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (iqtisadiyyat, biznes, maliyyə və ya əlaqədar sahə üzrə);
- Sığorta sahəsində və/və ya korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür;
- Sığorta məhsulları və xidmətləri barədə biliklərin olması üstünlükdür (həyat və qeyri-həyat sığortası məhsulları);
- Korporativ müştəri ehtiyaclarını müəyyən etmə və uyğun məhsul seçmə bacarığı;
- Bazar araşdırması və potensial müştəri axtarışı üsullarını bilməli;
- Satış texnikaları və danışıqlar aparmaq metodları üzrə biliklər;
- Müqavilə şərtlərinin hazırlanması və təqdimatı qaydaları bilikləri;
- Yüksək kommunikasiya, təqdimat və nəticə yönümlü iş bacarığı;
- Müştəri yönümlü düşüncə və komanda ilə işləmək qabiliyyəti;
- Müştəri münasibətlərinin idarə olunması prinsipləri (CRM əsasları).
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;
- Yeni korporativ müştəri bazasının qurulması və mövcud portfelin inkişafı;
- Müştəri ehtiyaclarının təhlili və uyğun sığorta həllərinin hazırlanması;
- Sığorta müqavilələrinin bağlanması zamanı və satış sonrası dəstəyin göstərilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin mütəmadi hesabatlaşdırılması;
- Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
- Şirkətin satış və marketinq tədbirlərində aktiv iştirak.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- İmtiyazlar: Könüllü tibbi sığorta;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.