Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Dil bilikləri- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
- Minimum 1-2 il iş təcrübəsi (Sığorta və ya Bank sahəsində );
- Kompüter bilikləri: MS Office proqram bilikləri;
- Satış üzrə təlimlərdə və seminarlarda iştirak üstünlükdür;
- Satış texnikaları, analitik düşüncə və hesabatlılıq bacarığı.
İş haqqında məlumat:
- Potensial korporativ müştəriləri müəyyən etmək və onlarla ilk ünsiyyəti qurmaq;
- Şirkətin sığorta məhsullarının təqdimatını keçirmək və satış prosesini icra etmək;
- Mövcud korporativ müştərilərlə əlaqələri saxlamaq və onların ehtiyaclarına uyğun yeni həllər təklif etmək;
- Müştəri ehtiyaclarına uyğun kommersiya təkliflərinin və müqavilələrin hazırlanması;
- Satış fəaliyyəti və bazar araşdırmaları barədə rəhbərliyə mütəmadi hesabat vermək.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.