Namizədə dair gözləntilər və tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Telekommunikasiya və sığorta sahəsi üzrə təcrübə arzu olunandır);
- Analitik düşüncə qabilliyyəti, operativlik, çeviklik;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Detallara diqqət və tapşırıqları prioritetləşdirmək bacarığı;
- Effektiv ünsiyyət və problem həll etmə bacarığı;
- Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzu olunandır, ingilis dili -arzu olunandır.
Vəzifə öhdəlikləri:
- Şikayət zənglərinin və sorğuların qəbulu;
- Şikayət zənglərinin və sorğuların emalı, aidiyyatı struktur bölmələri ilə araşdırmaların aparılması;
- Şikayət daxil olan mənbələrə geri dönüşlərin həyata keçirilməsi;
- Şikayətlərə optimal həll yollarının tapılması;
- Şikayətlərin həlli ilə bağlı müştərilərin məlumatlandırılması;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi;
- Şikayət indeksinin izlənməsi, hesabatın aparılması.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- İmtiyazlar:Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Müştəri şikayətləri üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.