Xalq Sığorta Xalq Sığorta
  • 410

Risklərin idarə edilməsi üzrə təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin idarə edilməsi üzrə təcrübəçi

  • Deadline 30 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil ( Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə);
  • Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə;
  • Risklərin idarə olunması üzrə 0-1 il iş təcrübəsi (sığorta şirkətlərinin birində və ya digər maliyyə təşkilatlarında təcrübəli namizədlərə üstünlük verilir; 
  • Kompüter bilikləri: MS Office proqramları ( yaxşı səviyyədə );
  • Risklərin idarə edilməsi, maliyyə analizi və ya sığorta sahəsi üzrə keçirilmiş təlimlər üstünlükdür;
  • Yaxşı ünsiyyət bacarığı, öyrənməyə həvəs və inkişaf yönümlülük.

İş haqqında məlumat:

  • Risklərin idarə edilməsi proseslərində komandanın gündəlik fəaliyyətinə dəstək göstərmək;
  • Hesabatların və təqdimat materiallarının hazırlanmasına kömək etmək;
  • Risk göstəricilərinin monitorinqində iştirak etmək;
  • Daxili prosedur və siyasətlərin araşdırılması və yenilənməsi prosesinə dəstək vermək;
  • Müxtəlif bölmələrdən daxil olan məlumatların emalında iştirak etmək;
  • Risklərin qiymətləndirilməsi və nəzarət tədbirləri üzrə araşdırmalarda iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
  • İmtiyazlar: Könüllü tibbi sığorta;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risklərinin idarə edilməsi üzrə təcrübəçi) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.      

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily107
  • Weekly324
  • Monthly107