İstehsal və material üzrə mühasib

  • Истекает 26 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri Göygöl şəhərindədir

Əmək funksiyası:

  • İstehsalın mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
  • Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
  • Məhsulların reseptura maya dəyərinin hesablanması və faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Aylıq faktiki göstəricilərin (istehlak və itki) plan göstəriciləri ilə müqayisəsi;
  • Aylıq istehlak olunan məhsulların maya dəyərinin düzgün formalaşmasını təmin etmək və 1C fərqlərin nəzarəti;
  • İstehsalat işçilərinin əmək haqqının və kommunal xərclərin müəyyən edilməsi və sistemə daxil edilməsi;
  • Aylıq istehsal olunan məhsulların tam maya dəyərinin system üzərindən formalaşdırılmasına nəzarət;
  • Sistemdə istehsal sahələri tərəfindən yazılan əməliyyatları mütəmadi olaraq yoxlamaq və sənədləri təqdim etmək;
  • Gündəlik istehsalla bağlı maliyyə sualların cavablandırılması;
  • Mühasibat sənədlərinin olduğu kimi saxlanmasını təmin etmək, müəyyən edilmiş qaydada arxivə təhvil vermək;
  • Təchizat tərəfindən təmin olunan mal materialların, anbara təhvil verilməsi proseduruna nəzarət, 1C üzərindən dəyərlərin və sayların son sənədlərlə üzləşdirilməsi və fərqlərin aradan qaldırılması
  • Rəhbərliyin istehsal və mal material mühasibatlığı üzrə digər tapşırıqlarınıın yerinə yetirilməsi

Tələblər:

  • Ali təhsil (iqtisadi/maliyyə sahələrdə olması vacibdir);
  • İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;
  • Azərbaycan dilini mükəmməl bilməli;
  • 1C və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Yerli və beynəlxalq maliyyə/mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00 (işçilər naharla təmin edilir)
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “İstehsal və material üzrə mühasib” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily85
  • Weekly335
  • Monthly2307