Xəmsə Palace Yaşayış Kompleksi komandamıza peşəkar, məsuliyyətli və uzunmüddətli işləmək istəyən mühasib (xanım namizəd) axtarır.
Vəzifə öhdəlikləri:
- Müəssisədə mühasibat uçotunun düzgün və tam şəkildə aparılması
- Gündəlik maliyyə əməliyyatlarının (gəlir-xərc, kassa, bank) qeydiyyatı və nəzarəti
- Vergi, DSMF və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
- Əmək haqqının hesablanması və işçi sənədlərinin uçotu
- Debitor və kreditor borcların izlənməsi
- Maliyyə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi
- Elektron qaimə-faktura və e-qaimələrlə işləmək
- Bank əməliyyatlarının icrası və nəzarəti
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi
- 1C proqramında sərbəst işləmə bacarığı
- MS Office (xüsusilə Excel) proqramlarını yaxşı səviyyədə bilmək
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə qabiliyyəti
- İşə ciddi və nizam-intizamlı yanaşma
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Rahat və stabil iş mühiti
- Karyera inkişaf imkanı
- Əmək haqqı: 800 AZN
- İş yeri: Xəmsə Palace Yaşayış Kompleksi
Əlaqə: 051 555 50 65
Maraqlanan namizədlər cv-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.