Vəzifə öhdəlikləri
- Xaricdə təhsil proqramları üzrə tələbə sənədlərinin hazırlanması və yoxlanılması
- Universitet müraciətlərinin (Bachelor / Master / PhD) sistem üzərindən düzgün şəkildə edilməsi
- Qəbul sənədlərinin və offer letter-lərin izlənməsi
- Viza üçün tələb olunan sənədlərin hazırlanması və siyahının tələbəyə izah edilməsi
- Bank arayışları, sponsor sənədləri və digər maliyyə sənədlərinin yoxlanılması
- Universitetlər və xarici partnyorlarla email vasitəsilə yazışmaların aparılması
- Tələbə fayllarının sistemli şəkildə arxivləşdirilməsi
- Deadlinelərə nəzarət və proseslərin vaxtında icrası
- Tələbələrə sənədləşmə prosesi ilə bağlı düzgün və aydın məlumat verilməsi
Tələblər
- Ali təhsil
- Xaricdə təhsil və ya sənədləşmə sahəsində minimum 6 ay iş təcrübəsi (təcrübə yoxdursa, iş öyrədilir)
- İngilis dili biliyi: minimum Intermediate (B1-B2) – yazışmalar üçün
- MS Office proqramları ilə işləmə bacarığı (Word, Excel, Email)
- Universitet müraciət sistemləri ilə işləmə bacarığı (üstünlükdür)
- Viza sənədləri və qəbul prosesləri barədə ilkin biliklər
- Deadline-larla işləmə və vaxtın düzgün idarə olunması
- Diqqətli, məsuliyyətli və detallara həssas yanaşma
- Komanda ilə işləmə bacarığı
Qeyd - Təcrübəsi olmayan, lakin B2–C1 səviyyəsində ingilis dili biliyinə sahib olan namizədlərə iş öyrədilir.
Əmək haqqı - 650 AZN + bonus (hər təqaüd və təhsil vizasından əlavə qazanc)
İş qrafiki
- Həftənin 5 günü: 10:30 – 19:00
- Şənbə: part-time
- Bazar: qeyri-iş günü
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.