Caspian Environmental Laboratory (CEL) Bakı ofisi üçün Korporativ Satış üzrə Mütəxəssis və Junior Mütəxəssis axtarır.
Ətraf mühit, labratoriya xidmətlərinin və laborator avadanlıqların korporativ müştərilərə təqdim edilməsi və satışının inkişaf etdirilməsi istiqamətində çalışacaq ixtisaslı və müvafiq təcrübəyə malik namizədlər axtarılır.
Əsas vəzifələr
- Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
- Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
- Laboratoriya xidmətlərinin müştərilərə təqdim edilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi və kommersiya təkliflərinin hazırlanması;
- Satış hədəflərinin yerinə yetirilməsi;
- Bazarın və potensial müştərilərin araşdırılması;
- Satış prosesinin idarə olunması və müştəri münasibətlərinin qorunması.
Namizədə tələblər
- Ali təhsil arzuolunandır;
- Laborator avadanlıqların və xidmətin satışı ilə bağlı B2B / korporativ satış sahəsində müvafiq iş təcrübəsi mütləqdir;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Satış və müştəri yönümlü düşüncə;
- Satış hədəflərinə fokuslanmaq və nəticə əldə etmək bacarığı;
- Məsuliyyətli, aktiv və təşəbbüskar olmaq;
- MS Office proqramlarında işləmə bacarığı;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – yüksək səviyyə;
- Türk dili – yüksək səviyyə;
- Rus dili – orta səviyyə.
Yuxarıdakı tələblər Satış Mütəxəssisi vəzifəsi üçün nəzərdə tutulub. Junior Mütəxəssis vəzifəsi üçün daha az təcrübəyə malik, lakin satış sahəsində inkişaf etmək və nəticə göstərmək istəyən namizədlər də nəzərdən keçirilə bilər.
Əmək haqqı və bonus
- 800–1400 AZN + bonus
- Bonuslar əməkdaşın müəyyən edilmiş satış hədəflərinə və real nəticələrinə uyğun olaraq hesablanır.
İş şəraiti
- İş yeri: Bakı
- Şirkət: Caspian Environmental Laboratory (CEL)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.