İş şəraiti
- İş yeri: Xırdalan şəhəri, Niyazi Əsgərov 36
- İş qrafiki: 6 günlük İş saatı: 08:00 – 17:00
- Əmək haqqı: 1000 AZN (vergilər xaric olmaqla)
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Servis: 20 Yanvar dairəsindən və Sumqayıt şəhərindən iş yerinə çatdırılma mövcuddur
İş barədə məlumat:
- 25 tonluq Avtokranın təhlükəsiz və səmərəli idarə olunması
- Xammal və hazır məhsulların yüklənməsi və ya boşaldılması
- Metal konstruksiya hissələrinin, metal lövhə və ya profillərin yüklənməsi və ya boşaldılması
- Təhlükəli yüklərin yükləmə və boşaldılma qaydalarına riayət edilməsi
- Təhkim edilmiş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılması
- Sökülməsini tələb etməyən yüngül təmir işlərinin yerinə yetirilməsi
- Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi
Tələblər:
- Xüsusi texnikanı idarə etmək üçün müvafiq sertifikat və vəsiqə
- Avtokranın təhlükəsiz idarə olunması üzrə təcrübə
- Müvafiq sahədə iş təcrübəsi (metal konstruksiya üstünlükdür)
Maraqlanan namizədlər əlaqə saxlaya və ya CV-lərini Müraciət et düyməsində qeyd olunan electron ünvanına göndərə bilərlər.
Əlaqə: 055-214-12-34