Baş anbardar

  • Истекает 13 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, sayılması və sənədlərlə uyğunluğunun yoxlanılması
  • Malların anbar daxilində düzgün və sistemli şəkildə yerləşdirilməsinə nəzarət edilməsi
  • Malların çıxışının qaimə və digər sənədlər əsasında həyata keçirilməsi
  • Anbar qalıqlarının gündəlik və aylıq uçotunun aparılması
  • Gündəlik məhsul tələbatının müəyyənləşdirilməsi və sifarişlərin plana uyğun şəkildə təmin olunmasına nəzarət
  • Anbarın təmiz və nizamlı saxlanılmasının təmin edilməsinə nəzarət
  • Anbar sənədlərinin (qaimə, faktura və s.) düzgün aparılmasına nəzarət
  • Yükləmə və boşaltma proseslərinin effektiv təşkil edilməsi
  • Anbar əməkdaşlarının işinin planlaşdırılması və koordinasiyası
  • Anbar qalıqlarının düzgün uçotunun aparılmasının təmin edilməsi
  • Rəhbərliyə anbar qalıqları və hərəkətləri barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi

Tələblər:

  • Yaş aralığı 25-45
  • Anbar sahəsində ən azı 2–3 il iş təcrübəsi
  • 1C proqramı ilə işləmək bacarığı (anbar uçotu və qalıqların idarə olunması)
  • İdarəetmə və təşkilatçılıq bacarıqları
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 850 AZN
  • Ünvan: Binəqədi yolu 100 (Binəqədi və ətrafinda yaşayanlar müraciət etsin)

Müraciət qaydası: CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərsiniz.

Əlaqə nömrəsi: +994552531364

  • Daily1
  • Weekly555
  • Monthly1126