İş sahələri: Süd məhsulları zavodu, dəyirman və çörək zavodu
Vəzifə öhdəlikləri:
- Zavodların istehsalat proseslərində istifadə olunan soyutma sistemlərinin quraşdırılması, istismarı və texniki baxışına nəzarət
- Buxar aparatlarının, qazanxana və istilik sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsinə nəzarət etmək
- Elektrik təsərrüfatı üzrə avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasına nəzarət
- Planlı profilaktik texniki xidmətlərin təşkil olunması
- Nasazlıqların aradan qaldırılması və modernləşdirmə işlərinin həyata keçirilməsi
- İstehsalatda texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
- İstehsalatın hər mərhələsi ilə bağlı müvafiq texniki sənədlərin, hesabatların və təhlillərin vaxtında hazırlanmasını təmin etmək
- İstehsalat proseslərinin nəticələrinə dair rəhbərliyə müntəzəm olaraq ətraflı və keyfiyyətli hesabatlar təqdim etmək, gələcək inkişaf üçün tövsiyələr vermək
Tələblər:
- Ali texniki təhsil (energetika, mexanika, elektrik mühəndisliyi və ya oxşar ixtisas)
- Soyutma sistemləri, buxar aparatları və elektrik avadanlıqları üzrə ən azı 3 il mühəndislik təcrübəsi
- Süd sənayesi, dəyirman və çörək zavodlarının avadanlıqları ilə iş təcrübəsi üstünlükdür
- Komanda idarəetmə və problem həll etmə bacarığı
- Təhlükəsizlik normaları və texniki standartlar üzrə biliklər
Digər Məlumatlar:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında
- Ünvan: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən verilir
Müraciət qaydası: CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Əlaqə 0552931339