Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması və bütün maliyyə əməliyyatlarının düzgün sənədləşdirilməsi
- E-qaimə, Vergi, DSMF, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət, kompensasiya və ezamiyyə xərclərinin hesablanması
- Bank əməliyyatlarının idarə olunması və müvafiq sənədləşmənin aparılması
- Vergi və audit yoxlamalarına hazır olmaq və zəruri sənədlərin təqdim edilməsi
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və uçot sistemində düzgün saxlanılması
- Yük Gömrük Bəyannamələri ilə işləmə bacarığı
- 1C(mütləqdir) və digər proqramlarda əməliyyatların icrası
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (istehsalat sahəsində təcrübə )
- Azərbaycan Respublikasının Vergi və Əmək qanunvericiliyi üzrə biliklər
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bacarıq
- Analitik düşüncə və yüksək məsuliyyət hissi
- Komandada işləmək və operativ qərarvermə bacarığı
İş şəraitinin şərtləri:
- İş qrafiki Həftədə 6 iş günü
- Ünvan: Binəqədi yolu 100
- Ə/h – Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Müraciət qaydası:
CV-lərinizi “Mühasib”vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Əlaqə 0552931339