Vəzifə öhdəlikləri
- Şirkətin ümumi satış strategiyasının hazırlanması və icrası
- Satış hədəflərinin müəyyən edilməsi və onların icrasına nəzarət
- Satış komandasının idarə edilməsi və motivasiyası
- Satış komandasının işinə gündəlik nəzarət, performansın qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqi
- Bazarın təhlili, rəqiblərin araşdırılması və yeni satış imkanlarının müəyyən edilməsi
- Satış proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Marketinq və digər əlaqəli şöbələrlə koordinasiyalı işləmək
- Müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və danışıqlarda iştirak
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə proseslərinə nəzarət
- Müştəri məmnuniyyətinin təmin edilməsi və şikayətlərin operativ həlli
Namizədə tələblər:
- Ali təhsil (biznes, marketinq və ya oxşar sahələr üzrə arzuolunandır)
- Satış sahəsində minimum 3 il iş təcrübəsi
- Komanda, idarəetmə və liderlik bacarıqları
- Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
- Analitik düşünmə və nəticəyönümlü yanaşma
- Azərbaycan dili – səlis, rus dili- səlis, ingilis dili arzuolunandır
- 1C, excel bilikləri yüksək səviyyədə
Digər Məlumatlar:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Ünvan: Binəqədi yolu 100
- Nahar şirkət tərəfindən təmin edilir
CV-lərinizi vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə 055-293-13-39