"Xurcun Coffee and Chain of Boutiques" premium brendlər şəbəkəsi dinamik və gülərüz Baristalar axtarır!
Vəzifə öhdəlikləri:
- İsti və soyuq qəhvə içkilərinin, kokteyllərin hazırlanması və xidmət standartlarına uyğun təqdim edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Şirkət tərəfindən göndərilən məhsulların qəbulu və qeydiyyatı;
- İş sahəsində təmizliyə və sanitariya qaydalarına riayət edilməsi.
Tələblər:
- Yaş həddi: 24 – 35 yaş;
- Təcrübə: 2-3 il
- Dil bilikləri: Rus və İngilis dili (yaxşı səviyyədə);
- Qəhvə maşını, grinder (üyüdücü) və digər barista avadanlıqları ilə işləmək bacarığı;
- Qida təhlükəsizliyi və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
- Müştəriyönümlü yanaşma, nəzakətli və səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, intizamlı və komanda ilə operativ işləmək bacarığı.
İş şərtləri:
- Ünvan: Hava Limanı
- İş saatları: Növbəli iş qrafiki
- İstirahət: Həftədə 1 gün;
- Əmək haqqı: 900 AZN NET + Bonus;
Müraciət üçün: Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində "Barista" qeyd edərək göndərə bilərlər.