Təsvir
- Şagirdlərin koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafını planlaşdırmaq və dəstəkləmək.
- Dil, savadlılıq və riyazi bacarıqların inkişafına töhfə vermək.
- “Kipina” kurikulumuna uyğun təlim məqsədlərinə nail olunmasını təmin etmək.
- Şagirdlərin nailiyyətlərini izləmək və gündəlik qeydlər aparmaq.
- Həftəlik dərs planları hazırlamaq və tədris üçün lazımi materialları təmin etmək.
- Aşkar edilən çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər görmək.
- Dərs və sinifdənkənar fəaliyyətlərdə uşaqlara nəzarət etmək.
- Valideynlərlə effektiv kommunikasiya quraraq onların övladlarının inkişafına dair məlumatlandırmaq.
İş rejimi: 09:30-17:30 (həftədə 36 saat)
Tələb olunan təhsil səviyyəsi:
- İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisası üzrə bakalavr dərəcəsi;
- Magistratura dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan biliklər:
- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
- Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
- Effektiv təlim strategiyaları;
- Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
- İKT, MS Office və müasir təlim texnologiyaları;
- Yüksək səviyyədə Azərbaycan dili (C2) və İngilis dili (C1) yazılı və şifahi dil bilikləri.
Tələb olunan səriştəliklər:
- Kritik düşünmə;
- Problem həll etmə;
- Özünü motivə etmə və öyrənmə;
- Əməkdaşlıq;
- Ədalətlilik və məsuliyyətlilik;
- Koçluq, yetişdirmə və inkişaf etdirmə;
- Məntiqi təffəkkür;
- Planlaşdırma və təşkil etmə.
Tələb olunan bacarıqlar:
- Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
- Zamanın səmərəli idarəolunması;
- Uşaq ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
- Effektiv dərs planlaşdırma;
- Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
- Özü və uşaqlar ilə refleksiya apara bilmə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.