Vəzifənin qısa təsviri:
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-də, Rus dili müəllimi kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla:
- tətbiq olunan kurikuluma əsasən dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək;
- müvafiq qiymətləndirmə metodunu müəyyən edib tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək;
- aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
- gündəlik olaraq şagirdlərin inkişafı ilə bağlı müvafiq qeydlər aparmaq;
- şagirdlərin hərtərəfli inkişafına töhfə vermək;
- təhsil və təlim çərçivəsində planlaşdırılan digər fəaliyyətlərdə iştirak etmək;
- məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə ünsiyyət qurmaq və s.
Tələb edilən təhsil səviyyəsi:
- Rus dili müəllimliyi üzrə bakalavr dərəcəsi;
- Müvafiq ixtisas və ya a fənnin tədrisi metodikası və metodologiyası üzrə magistr dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarını (kurikulumları);
- təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını;
- Müəllimlərin Etik Davranış Qaydaları"nı (TN, 2014);
- İKT, MS Office və müasir təlim texnologiyalarını;
- Şagird mərkəzli müasir pedaqoji yanaşmaları;
- Effektiv təlim prosesinin təşkilini (Effektiv təlim strategiyaları, Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki);
- yüksək səviyyədə Azərbaycan dili (C2) və Rus dili (C1) yazılı və şifahi dil biliklərini.
İş rejimi: 08:00-16:00 (həftədə 36 saat)
İş təcrübəsi: 2 il tədris dilinə uyğun olaraq müvafiq fənn üzrə müəllim. Özəl məktəb təcrübəsi üstünlük hesab edilir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.