Operator

  • Deadline 17 September 2026

Vəzifələr və məsuliyyətlər

 Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil

olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat

vermək;

 Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə

uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.

 Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya

əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.

 Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə

yönləndirmək və həllin təmin olunmasına kömək etmək.

 Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına

diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.

 Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq,

müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.

 Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana

ünsiyyət qurmaq.

 Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və

müştərilərə ən doğru məlumatın verilməsi.

 Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.

Tələb edilən bacarıqlar və təhsil

 Ali və ya orta ixtisas təhsili.

 Yüksək ünsiyyət bacarıqları.

 Problem həll etmə qabiliyyəti.

 Müştəri məmnuniyyətini təmin etmə bacarığı.

 Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.

 Komanda ilə işləmək qabiliyyəti.

 Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.

 Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.

 Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.

İş saatları və əmək şərtləri

 Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək

müqaviləsi bağlanır

 

 İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.

 İş yeri: Bakı şəhəri, H.Əliyev pr.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru”

qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur

  • Daily120
  • Weekly120
  • Monthly1305