Vəzifələr və məsuliyyətlər
Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil
olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat
vermək;
Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə
uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya
əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə
yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına
diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq,
müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana
ünsiyyət qurmaq.
Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və
müştərilərə ən doğru məlumatın verilməsi.
Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.
Tələb edilən bacarıqlar və təhsil
Ali və ya orta ixtisas təhsili.
Yüksək ünsiyyət bacarıqları.
Problem həll etmə qabiliyyəti.
Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
Komanda ilə işləmək qabiliyyəti.
Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.
İş saatları və əmək şərtləri
Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək
müqaviləsi bağlanır
İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.
İş yeri: Bakı şəhəri, H.Əliyev pr.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru”
qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur