Tələblər:
- Ali İqtisadi və ya biznes təhsilinin olması;
- Ən azı 2 (iki) il bank təcrübəsinin olması (korporativ müştəri xidmətləri, korporativ satış və kredit bölmələrində);
- Maliyyə təhlili və Kredit təhlili ilə bağlı biliklərin olması;
- Dil bilikləri – Azərbaycan, İngilis, Türk və Rus dilləri;
- Analitik düşüncə bacarığının olması;
- Kommunikasiya bacarığının olması.
Əsas iş funksiyaları:
- Bankın məhsul və xidmətlərinin Korporativ müştərilərə satışı, bazara tanıdılması və yeni müştərilərin banka cəlb edilməsi;
- Satış Rəhbərliyi tərəfindən müəyyənləşdirilən büdcə və hədəflərin həyata keçirilməsi;
- Müştəri portfelinin mənfəətlilik, effektivlik və müştəri haqqında məlumatların gizliliyi əsasında uyğun idarəetmənin həyata keçirilməsi;
- Bank məhsul və xidmətlərinin təqdim olunması və idarə edilməsi prosesini daxili bank qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə həyata keçirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.