Kart və POS Məhsullarının Satış və Marketinqi üzrə baş mütəxəssisi/müdir müavini

  • Истекает 28 ноябрь 2026

Vəzifəyə olan tələblər:

 

·     Ali təhsil;

·     Bank sahəsində minimum 3 il bank təcrübəsinin olması (ödəniş sistemləri, kart məhsulları, POS biznesi sahəsində)

·     Mükəmməl azərbaycan və ingilis dili biliklərinin olması (türk, rus dili biliklərinə də üstünlük verilir);

·     Microsoft Office proqramları, xüsusi ilə Excel proqrami biliyinin olması;

·     Ünsiyyət, problem həll etmə və danışıqlar aparmaq bacarığına malik olması;

·     Analitik biliyə sahib olub, yaradıcı, strateji həll təklifləri və fikirlərinin olması;  

 

Funksional Öhdəliklər:

 

  POS portfelinin və merchant bazasının inkişaf etdirilməsi

        Şöbə ilə birlikdə və / və ya birbaşa müştəri danışıqlarına getmək; şöbələrə məsuliyyət daşıdıqları məhsullar daxilində marketinq və satış sahələrində dəstək vermək;

  • Yeni merchant-ların (Üzv Ticarət Obyekti) cəlb edilməsi və mövcud merchant aktivliyinin artırılması
  • POS dövriyyəsinin və komissiya gəlirlərinin artırılması
  • ÜTO xidmətlərinin keyfiyyətini ölçmək, təqib etmək və yeni keyfiyyət artırıcı tədbirlərin alınmasını təmin etmək

·        POS dövriyyəsini artırmağa istiqamətli sektor / ÜTO kampaniyalarına rəhbərliyi təmin etmək;

  • Məsuliyyət sahəsindəki sektor və ona aid ÜTO-lar üçün elan lövhələrində iştirak edən filial və Bank miqyasında elan edilən komissiya, blok və s. məlumatları reviziya etmək və kampaniyalara bağlı məlumatlandırmaları vaxtında və dolğun etmək;
  • Məhsul inkişaf etdirmə işlərini icra etmək, yeni iş sahələri və bazar ehtiyaclarına istiqamətli yeni həll və təkliflər yaratmaq və rəqabət təhlili etmək;
  • Yeni POS cihazı və inteqrasiya imkanlarını araşdırmaq və tətbiqi üçün təkliflər vermək
  • Müştəri əsaslı icra edilən bütün fəaliyyətlərdə istifadə ediləcək olan ünsiyyət materiallarının hazırlanması mərhələsində; fəaliyyətlərin dizayn və nəticələrinin qiymətləndirilməsi mərhələsində həyata keçiriləcək analitik işlərdə vəzifə almaq;
  • Debet, kredit və premium kart məhsullarının inkişafının idarə edilməsi
  • Kart məhsullarının tarif, gəlirlilik və rəqabət göstəricilərinin təhlili
  • Kartların aktivləşdirilməsi və istifadə intensivliyinin artırılması
  • Kart və POS stok təqibi və sifarişlərin verilməsi
  • Kart və POS məhsulları üzrə marketinq kampaniyalarının hazırlanması
  • Visa/Mastercard və digər tərəfdaşlarla birgə kampaniyaların idarə edilməsi
  • Keşbek, loyallıq və mükafat proqramlarının araşdırılması inkişafı və tətbiqi
  • Kart-POS satış və marketinqi ilə bağlı digər tapşırıqlar

  

Email: [email protected]

 

  • Daily29
  • Weekly480
  • Monthly2451