Tələblər:
- İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil (yeni bakalavr/magistr məzunları və ya magistrant);
- Azərbaycan dilində səlis yazı və danışıq, ingilis, türk, rus dili biliklərinə üstünlük verilir;
- Ofis proqramlarında işləmək bacarığı (xüsusilə Word, Excel və PowerPoint);
- Bank prosesləri və bank qanunvericiliyi barədə ümumi məlumatlı olmaq;
- Yeni alətləri və metodologiyaları sürətlə mənimsəmək istəyi;
- Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək, effektiv ünsiyyət qurmaq bacarığı.
Cavabdehlik:
- Bankın iş axışlarının/proseslərinin sənədləşdirilməsi;
- Bank proseslərinin yerli qanuvericiliyin tələbləri və struktur bölmələrin təklifləri əsasında yazılması;
- Prosedur Sənədlərin bankın aidiyyəti strukturları ilə razılaşdırılması və təsdiqə yönləndirilməsi;
- İT qrupları ilə birlikdə kiçik istək/orta ölçülü layihə/ böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
- Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
- Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
- Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini və ziddiyyətlərini müəyyənləşdirmək;
- Bank sistemləri üzrə istifadəçilər (user-lər) yaratmaq, user-lərə müvafiq səlahiyyətlər vermək, dəyişdirmək və ləğv etmək.
CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.