Yapi Kredi Bank Yapi Kredi Bank
  • 377

Yapi Kredi Bank

Banks , Financial services

İpoteka və Kredit Zəmanət Fondu və Sahibkarlığın İnkişafı Fondu Kredit Əməliyyatları şöbəsinin təcrübəçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İpoteka və Kredit Zəmanət Fondu və Sahibkarlığın İnkişafı Fondu Kredit Əməliyyatları şöbəsinin təcrübəçisi

  • Истекает 9 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş funksiyasıyaları:

  • Bakalavr və ya magist tələbələri;
  • Ünsiyyətqurma bacarığı (Fondlarla əməkdaşlıq çərçivəsində işçilər bankı təmsil edir);
  • Səlis Azərbaycan dili (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
  • Bank sahəsində ipoteka kreditləşməsi və SİF kreditləri sahəsində təcrübəsi olanlara üstünlük verilməsi;
  • Ms Office proqramında işləyə bilmək bacarığı;
  • EİKZS, İKES proqramlarında işləyə bilənlərə üstünlük verilməsi.

Öhdəliklər:

  • Elektron İpoteka Portalı vasitəsilə banka müraciət edən müştərilərin Elektron İpoteka Sistemində (EİS) kredit işinin yaradılması; 
  • Borcalanın ilkin qiymətləndirilməsi mərhələsində təqdim edilən sənədlərin kontrolu;
  • İpoteka predmetinin qiymətləndirilməsi haqqında məlumatların Qiymətləndirici şirkət tərəfindən EİS-də kredit işinə əlavə edilməsinə nəzarət etmək və nəticələrini yoxlamaq. 
  • KÖ/G və K/İ əmsallarının hesablanması və bu əmsalların AİF tərəfindən qoyulan max. hədd tələbinə riayət olunmasına nəzarət;
  • Kreditin anderraytinqi prosesində AİF-in Qaydalarına uyğun formaların EİS üzərindən hazırlanması, müvafiq bölmələrə göndərilməsi;
  • Kredit, ipoteka (alqı-satqı) müqavilələri və ödəniş qrafikini EİS-dən ixrac edərək rəsmiləşdirmə üçün müvafiq şöbəyə göndərmək, kredit işinə aid sənədlərin surətlərini EİS-ə əlavə etmək;
  • Kreditlərin sistemdə yığılması, komissiyaların alınması, 
  • Alqı-satqı prosesinin, borcalanın adına yeni çıxarışın və yüklülük çıxarışının alınması üzrə işlərin təqib edilməsi;
  • Əmlak və Həyat/fərdi qəza sığortaları üzrə məlumatların sığorta şirkətləri tərəfindən EİS-də kredit işinə əlavə edilməsinə nəzarət etmək;
  • Müştərilərə verilmiş ipoteka kreditlərinin AİF tərəfindən maliyyələşdirilməsi üçün İlkin maliyyələşmə (İM) və ya Yenidən maliyyələşmə (YM) barədə Bankın müraciət məktublarının hazırlanması və AİF-ə göndərilməsi, həmçinin EİS üzərindən elektron formada Fonda müraciət edilməsi;
  • İpoteka kağızının elektron tərtib edilməsi, ipoteka kağızının dövlət qeydiyyatının aparılması üçün DƏDRX-ə müraciət edilməsi;
  • Yenidən maliyyəşdirmə haqqında AİF tərəfindən razılıq verildiyi təqdirdə ipoteka kağızında indossament məbləğinin qeyd edilməsi və DƏDRX-ə ipoteka kağızının əlavə qeydiyyatı üçün müraciət edilməsi;
  • Kredit dosyasına daxil olan sənədlərin əsllərinin AİF-ə təhvil verilməsi ilə bağlı işlər, təhvil-təslim aktlarının, məktubların hazırlanması və sənədlər toplusunun AİF-ə təqdim edilməsi;
  • AİF tərəfindən göndərilən vəsaitlərin Bank sistemində uçotunun aparılması, İM və YM üzrə hesablanan faizlərin uçotu;
  • AİF ilə hesablaşmaların aparılması;
  • Hökümət Ödəniş Portalı (HÖP) ilə aparılan müştəri ödənişlərinin XML faylının Elektron İpoteka Portalından Ocean`a idxal edilməsi;
  • AİF  və Bankdaxili hesabatların hazırlanması və  təqdim edilməsi;
  • SİF kreditləri üzrə banka portal üzərindən daxil olan müraciətlərin qəbulu, investisiya layihələrinin dəyərləndirilməsi üçün Fonda müraciət;
  • SİF tərəfindən təsdiqlənən investisiya layihələri üzrə müştərilərlə bağlanacaq müqavilələrin hazırlanmasına nəzarət;
  • Təsdiqlənən layihələr üzrə vəsait ayrılması üçün Fonda müraciət;
  • SİF tərəfindən köçürülən vəsaitin Bank sistemində uçotunun aparılması, aylıq əsas məbləğ və hesablanmış faizlərin Fonda köçürülməsi;
  • SİF kreditlərinin sistemdə avtorizasiyası, komissiyaların alınması, sığorta və qiymətləndirmə şirkətlərinə ipoteka krediti üzrə haqqların köçürülməsi;
  • SİF kreditləri üzrə Fondla hesablaşmalar;
  • SİF tərəfindən tələb olunan aylıq, rüblük və yarımillik hesabatların təqdim edilməsi;
  • Digər növ kreditlərin sənədlərinin müvafiq normativ aktlara, bankdaxili reqlamentlərə uyğunluğunu, düzgünlüyünü, tamlığını yoxlamaq və kreditlərin təhlükəsiz şəkildə verilməsini təmin etmək;
  • Müvafiq təlimatlarla əlaqədar müştəri hesablarının bloklaşdırılması və bu kimi işlərdə müvafiq program təminatında avtorizasiyaların edilməsi;
  • Öz işlərinin şöbə və departament müdiri ilə razılaşdırılmış qaydada təşkili və həyata keçirilməsi;
  • Gün sonu nəzarətlər və nəticələri barədə birbaşa Rəhbərinə hesabat vermək,
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik. 

  • Daily12
  • Weekly611
  • Monthly1179