Departament: Məhsulun İnkişafı və İdarəedilməsi departamenti
Namizədə tələblər:
- Ali təhsil – bakalavr və magistr tələbələri;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
- Kart ödəniş sistemləri üzrə biliklər arzuolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə təqdimat bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
İş barədə:
- Daxili və xarici bazarlarda kart və pos terminal məhsul və xidmətlərin inkişaf trendlərinin izlənilməsi, bazar araşdırmaların aparılmasına dair lazımi işlərin aparılması
- Kart məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
- Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.
- Bölmənin əməkdaşlıq etdiyi təşkilatlarla üzləşmə aktlarının tərtib edilməsi, yoxlanılması, invoysların ödənilməsinin təmin edilməsi
- Kart və pos terminal məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində fəal iştirak etmək;
- Kart və pos terminal sistemləri bölümü üzrə daxili və kənar təşkilatlar üçün individual, aylıq və rüblük hesabatların hazırlanması
- Yaradılacaq kart və pos məhsul və xidmətləri üzrə ssenarilərilər uyğun testlərin aparılması
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.