Senior Architect

  • Истекает 21 июнь 2026

"YES Architects" olaraq komandamıza vizyon, dəqiqlik və komanda ruhunu yaşadan bir Senior Memar axtarırıq.

 

BİZ KİMİK:

 

“YES Architects” - Bakı mərkəzli memarlıq, daxili dizayn və süni intellekt xidmətləri şirkətidir. Azərbaycan və bir sıra ölkələrdə yaşayış, kommersiya və ictimai təyinatlı obyektlər üzrə layihələr həyata keçiririk.

 

Bizi fərqləndirən üç əsas xüsusiyyət var: memarlıq fəlsəfəsi, peşəkar standartlar, və süni intellekt alətlərini gündəlik prosesə inteqrasiya edən gənc, dinamik komanda.

 

📌 VƏZİFƏ: Senior Memar

📍 İş yeri: Bakı şəhəri (ofisdən)

💼 Sahə: Memarlıq layihələndirilməsi

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 

• Yaşayış, kommersiya və ictimai təyinatlı obyektlər üzrə memarlıq layihələrinin eskiz mərhələsindən tikinti mərhələsinə qədər hazırlanması

• Layihə komandasına rəhbərlik və gənc memarların inkişafına dəstək

• Müştərilərlə görüşlərin keçirilməsi və texniki tapşırığın formalaşdırılması

• Layihələrin AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi tələblərinə uyğunluğunun təmin edilməsi

• Şəhərsalma orqanları və ekspertiza qurumları ilə əlaqələrin qurulması

• Konstruktor və mühəndis komandaları ilə koordinasiya

• Layihələrin keyfiyyət və müddət üzrə nəzarəti

 

TƏLƏBLƏR:

 

• Memarlıq üzrə ali təhsil (bakalavr / magistr)

• Memar kimi ən azı 5 il iş təcrübəsi

• Komanda idarəetməsində ən azı 2 il təcrübə

• Revit biliyi - VACİBDİR (BIM iş axını üzrə bacarıqlı olmaq)

• AutoCAD, SketchUp proqramlarında peşəkar səviyyə

• Render proqramlarından birini bilmək (Lumion, V-Ray, Enscape, Twinmotion)

• Tikinti və memarlıq normativlərini (AzDTN) bilmək

• Şəhərsalma və ekspertiza prosedurları ilə tanışlıq

• Güclü komanda işi və kommunikasiya bacarıqları

• Layihələri vaxtında və büdcə daxilində təhvil vermə bacarığı

• Azərbaycan və ingilis dilləri (oxuma və danışıq səviyyəsində); rus dili əlavə üstünlükdür

 

ÜSTÜNLÜK SAYILACAQ:

 

• Aparcı texniki universitetlərdən məzunluq (ODTÜ, İTÜ, Yıldız Texniki Universiteti, Mimar Sinan, AzMİU və digər)

• Beynəlxalq layihələrdə iştirak təcrübəsi

• Memarlıq müsabiqələrində iştirak

• Daxili dizayn təcrübəsi

• Master dərəcəsi (xaricdə əldə edilmiş)

 

BİZ NƏ TƏKLİF EDİRİK?

 

• Rəqabətli əmək haqqı (bazar standartlarına uyğun, müsahibə zamanı təcrübəyə görə dəqiqləşdiriləcək)

• AZ/TR/UZ/EU bazarlarında həyata keçirilən beynəlxalq səviyyəli layihələrdə iştirak

• Tanınmış müştərilərlə işləmək imkanı

• Peşəkar inkişaf üçün təlimlər və beynəlxalq sərgilərə dəstək

• Müasir ofis mühiti - Bakı şəhərinin mərkəzində

• İnnovativ texnologiyalardan (BIM, AI alətləri) istifadə edən komandanın bir hissəsi olmaq

 

📩 MÜRACİƏT QAYDASI

 

CV və portfolionuzu aşağıdakı ünvana göndərin:

📧 [email protected]

📝 Mövzu sətrində: “Senior Memar - Ad Soyad”

 

Layihələrimizlə tanış olmaq üçün:

🌐 www.yesarchitect.com

📷 @yes_architects_

  • Daily93
  • Weekly621
  • Monthly2006