"YES Architects" olaraq komandamıza vizyon, dəqiqlik və komanda ruhunu yaşadan bir Senior Memar axtarırıq.
İş yeri: Bakı şəhəri (ofisdən)
Sahə: Memarlıq layihələndirilməsi
Vəzifə öhdəlikləri:
- Yaşayış, kommersiya və ictimai təyinatlı obyektlər üzrə memarlıq layihələrinin eskiz mərhələsindən tikinti mərhələsinə qədər hazırlanması
- Layihə komandasına rəhbərlik və gənc memarların inkişafına dəstək
- Müştərilərlə görüşlərin keçirilməsi və texniki tapşırığın formalaşdırılması
- Layihələrin AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi tələblərinə uyğunluğunun təmin edilməsi
- Şəhərsalma orqanları və ekspertiza qurumları ilə əlaqələrin qurulması
- Konstruktor və mühəndis komandaları ilə koordinasiya
- Layihələrin keyfiyyət və müddət üzrə nəzarəti
Tələblər:
- Memarlıq üzrə ali təhsil (bakalavr / magistr)
- Memar kimi ən azı 5 il iş təcrübəsi
- Komanda idarəetməsində ən azı 2 il təcrübə
- Revit biliyi - Vacibdir (BIM iş axını üzrə bacarıqlı olmaq)
- AutoCAD, SketchUp proqramlarında peşəkar səviyyə
- Render proqramlarından birini bilmək (Lumion, V-Ray, Enscape, Twinmotion)
- Tikinti və memarlıq normativlərini (AzDTN) bilmək
- Şəhərsalma və ekspertiza prosedurları ilə tanışlıq
- Güclü komanda işi və kommunikasiya bacarıqları
- Layihələri vaxtında və büdcə daxilində təhvil vermə bacarığı
- Azərbaycan və ingilis dilləri (oxuma və danışıq səviyyəsində); rus dili əlavə üstünlükdür
Üstünlük sayılacaq:
- Aparcı texniki universitetlərdən məzunluq (ODTÜ, İTÜ, Yıldız Texniki Universiteti, Mimar Sinan, AzMİU və digər)
- Beynəlxalq layihələrdə iştirak təcrübəsi
- Memarlıq müsabiqələrində iştirak
- Daxili dizayn təcrübəsi
- Master dərəcəsi (xaricdə əldə edilmiş)
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı (bazar standartlarına uyğun, müsahibə zamanı təcrübəyə görə dəqiqləşdiriləcək)
- AZ/TR/UZ/EU bazarlarında həyata keçirilən beynəlxalq səviyyəli layihələrdə iştirak
- Tanınmış müştərilərlə işləmək imkanı
- Peşəkar inkişaf üçün təlimlər və beynəlxalq sərgilərə dəstək
- Müasir ofis mühiti - Bakı şəhərinin mərkəzində
- İnnovativ texnologiyalardan (BIM, AI alətləri) istifadə edən komandanın bir hissəsi olmaq
CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərin. Mövzu sətrində: “Senior Memar - Ad Soyad”