YES Architects MMC YES Architects MMC

YES Architects MMC

Dizayn

Senior Architect

  • Deadline 21 İyun 2026

"YES Architects" olaraq komandamıza vizyon, dəqiqlik və komanda ruhunu yaşadan bir Senior Memar axtarırıq.

İş yeri: Bakı şəhəri (ofisdən)

Sahə: Memarlıq layihələndirilməsi

Vəzifə öhdəlikləri:

  • Yaşayış, kommersiya və ictimai təyinatlı obyektlər üzrə memarlıq layihələrinin eskiz mərhələsindən tikinti mərhələsinə qədər hazırlanması
  • Layihə komandasına rəhbərlik və gənc memarların inkişafına dəstək
  • Müştərilərlə görüşlərin keçirilməsi və texniki tapşırığın formalaşdırılması
  • Layihələrin AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi tələblərinə uyğunluğunun təmin edilməsi
  • Şəhərsalma orqanları və ekspertiza qurumları ilə əlaqələrin qurulması
  • Konstruktor və mühəndis komandaları ilə koordinasiya
  • Layihələrin keyfiyyət və müddət üzrə nəzarəti

Tələblər:

  • Memarlıq üzrə ali təhsil (bakalavr / magistr)
  • Memar kimi ən azı 5 il iş təcrübəsi
  • Komanda idarəetməsində ən azı 2 il təcrübə
  • Revit biliyi - Vacibdir (BIM iş axını üzrə bacarıqlı olmaq)
  • AutoCAD, SketchUp proqramlarında peşəkar səviyyə
  • Render proqramlarından birini bilmək (Lumion, V-Ray, Enscape, Twinmotion)
  • Tikinti və memarlıq normativlərini (AzDTN) bilmək
  • Şəhərsalma və ekspertiza prosedurları ilə tanışlıq
  • Güclü komanda işi və kommunikasiya bacarıqları
  • Layihələri vaxtında və büdcə daxilində təhvil vermə bacarığı
  • Azərbaycan və ingilis dilləri (oxuma və danışıq səviyyəsində); rus dili əlavə üstünlükdür

Üstünlük sayılacaq:

  • Aparcı texniki universitetlərdən məzunluq (ODTÜ, İTÜ, Yıldız Texniki Universiteti, Mimar Sinan, AzMİU və digər)
  • Beynəlxalq layihələrdə iştirak təcrübəsi
  • Memarlıq müsabiqələrində iştirak
  • Daxili dizayn təcrübəsi
  • Master dərəcəsi (xaricdə əldə edilmiş)

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı (bazar standartlarına uyğun, müsahibə zamanı təcrübəyə görə dəqiqləşdiriləcək)
  • AZ/TR/UZ/EU bazarlarında həyata keçirilən beynəlxalq səviyyəli layihələrdə iştirak
  • Tanınmış müştərilərlə işləmək imkanı
  • Peşəkar inkişaf üçün təlimlər və beynəlxalq sərgilərə dəstək
  • Müasir ofis mühiti - Bakı şəhərinin mərkəzində
  • İnnovativ texnologiyalardan (BIM, AI alətləri) istifadə edən komandanın bir hissəsi olmaq

CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərin. Mövzu sətrində: “Senior Memar - Ad Soyad”

  • Daily31
  • Weekly559
  • Monthly1944