Vəzifə öhdəlikləri
- Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması;
- Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi qiymətləndirilməsi;
- FinTech fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak;
- Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək;
- Hüquqi rəy və məsləhətlərin verilməsi;
- Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.);
- Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək;
- Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak;
- Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq;
- Şirkətin işçilərindən hüquqi məsələlərlə, rəhbərliyin qərarlarının icrası ilə bağlı zəruri məlumat və sənədləri tələb etmək;
- Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək;
- Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüs göstərmək;
- Hüquqi sənədləri düzgün hazırlamaq;
- Kommersiya sirrinin və konfidensial məlumatları qorumaq.
Bilməlidir:
- Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi qaydaları;
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında AR qanununu.
- Maliyyə xidmətləri sahəsində yerli və beynəlxalq qanun və qaydaları
Vəzifə tələbləri:
- Ali təhsil (hüquq sahəsində)
- Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Fintech, maliyyə və ya bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.