Y YIĞIM Payment System
  • 317

YIĞIM Payment System

Capital Markets

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis

  • Истекает 28 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz kimi axtarırıq?

Əgər sən:

  • Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
  • Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
  • Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
  • Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,

Deməli, sən bizim axtardığımız namizədsən!

Səni nələr gözləyir?

  • Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
  • Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
  • E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
  • İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
  • Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.

Səndən gözləntilərimiz:

  • Şirkətin informasiya təhlükəsizliyini qorumaq və inkişaf etdirmək;
  • Məlumat təhlükəsizliyi siyasətlərini və prosedurlarını hazırlamaq və tətbiq etmək;
  • Bank qaydalarına və nəzarət orqanlarının tələblərinə uyğun təhlükəsizlik standartlarını formalaşdırmaq;
  • IT fövqəladə hallar planının işlənib hazırlanması və tətbiqini təmin etmək;
  • Təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və risk qiymətləndirilməsini aparmaq;
  • SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemlərinin idarə edilməsi;
  • Phishing və digər e-poçt əsaslı hücumlardan qorunmaq üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
  • Kibertəhlükəsizlik təhdidlərinin analizi, göstəricilərinin (IOC) izlənilməsi və təhdid tendensiyalarının müəyyən edilməsi;
  • Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması;
  • Bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması.

Tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə üstünlük verilir);
  • Bank sektorunda iş təcrübəsi üzrə üstünlük verilir;
  • İnformasiya Texnologiyaları, telekommunikasiya və ya təhlükəsizlik sahəsində təcrübə;
  • Bank qaydalarına və audit standartlarına dair biliklər;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Güclü komanda işi və layihə idarəetmə təcrübəsi;
  • Rus və İngilis dili bilikləri;
  • CISM, CompTIA Security+, CompTIA CySA+ və ya digər əlaqəli sertifikatlara malik olmaq üstünlükdür;
  • ISO 27001, NIST və digər təhlükəsizlik standartları üzrə biliklər;
  • SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi;

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı.
  • Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
  • Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
  • Peşəkar və karyera inkişafı üçün imkanlar.
  • Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
  • Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni Müraciət et butonunda qeyd olunan email ünvanına göndər.

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!

  • Daily65
  • Weekly339
  • Monthly2938