Vəzifə öhdəlikləri:
- Şirkətin informasiya təhlükəsizliyini qorumaq və inkişaf etdirmək;
- Məlumat təhlükəsizliyi siyasətlərini və prosedurlarını hazırlamaq və tətbiq etmək;
- Bank qaydalarına və nəzarət orqanlarının tələblərinə uyğun təhlükəsizlik standartlarını formalaşdırmaq;
- IT fövqəladə hallar planının işlənib hazırlanması və tətbiqini təmin etmək;
- Təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və risk qiymətləndirilməsini aparmaq;
- SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemlərinin idarə edilməsi;
- Phishing və digər e-poçt əsaslı hücumlardan qorunmaq üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
- Kibertəhlükəsizlik təhdidlərinin analizi, göstəricilərinin (IOC) izlənilməsi və təhdid tendensiyalarının müəyyən edilməsi;
- Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması;
- Bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə üstünlük verilir);
- Bank sektorunda iş təcrübəsi üzrə üstünlük verilir;
- İnformasiya Texnologiyaları, telekommunikasiya və ya təhlükəsizlik sahəsində təcrübə;
- Bank qaydalarına və audit standartlarına dair biliklər;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Güclü komanda işi və layihə idarəetmə təcrübəsi;
- Rus və İngilis dili bilikləri;
- CISM, CompTIA Security+, CompTIA CySA+ və ya digər əlaqəli sertifikatlara malik olmaq üstünlükdür;
- ISO 27001, NIST və digər təhlükəsizlik standartları üzrə biliklər;
- SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi;
- Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər.
Üstünlüklərimiz:
- Dinamik və innovativ iş mühiti;
- Rəqabətədavamlı əməkhaqqı;
- Peşəkar inkişaf və sertifikatlaşdırma imkanları.
Bizə qoşulmaq üçün nə etməlisiniz?
CV-nizi e-mail ünvanına “İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis” başlığı ilə göndərin və karyera yolunuzu bizimlə qurmağa başlayın!
YIĞIM Payment System – gələcəyinizi bizimlə formalaşdırın!