YIĞIM Payment System YIĞIM Payment System
  • 381
YIĞIM Payment System

YIĞIM Payment System

Maliyyə xidmətləri

İnformasiya Təhlükəsizliyi üzrə Rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya Təhlükəsizliyi üzrə Rəhbər

  • Deadline 12 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Təhlükəsizlik siyasətlərinin hazırlanması və tətbiqi:
  • Şirkətin informasiya təhlükəsizliyi siyasətlərini və prosedurlarını hazırlamaq, təsdiq etdirmək və tətbiq etmək;
  • Təhlükəsizlik standartlarına (ISO 27001, PCI DSS və s.) uyğunluğu təmin etmək;
  • Təhlükəsizlik siyasətlərinin işçilər tərəfindən başa düşülməsini və riayət olunmasını təşkil etmək.

Risklərin idarə edilməsi:

  • Şirkətin İT infrastrukturunda və biznes proseslərində informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək;
  • Risklərin azaldılması üçün strategiyalar və tədbirlər planı hazırlamaq və həyata keçirmək;
  • Təhlükəsizlik zəifliklərinin (vulnerability) müntəzəm skan edilməsini və təhlilini təşkil etmək.

Kiber insidentlərə cavab və bərpa:

  • Kiber təhlükəsizlik insidentlərinin aşkar edilməsi, təhlili və həlli üçün prosesləri idarə etmək;
  • İnsidentlərə cavab planlarını (Incident Response Plans) hazırlamaq və sınaqdan keçirmək;
  • Fövqəladə hallarda məlumatların və sistemlərin bərpasını təmin etmək.

Monitorinq və təhlükəsizlik sistemlərinin idarə edilməsi:

  • Təhlükəsizlik informasiyası və hadisələrin idarə edilməsi (SIEM) sistemlərinin tətbiqini və monitorinqini təşkil etmək;
  • Şəbəkə təhlükəsizliyi alətlərini (firewall, IDS/IPS, DLP) idarə etmək və optimallaşdırmaq;
  • Təhlükəsizlik loglarının müntəzəm təhlilini aparmaq və hesabatlar hazırlamaq.

Təlim və məlumatlandırma:

  • İşçilərə informasiya təhlükəsizliyi üzrə təlimlər keçirmək və məlumatlılıq səviyyəsini artırmaq;
  • Kiber təhlükələr (phishing, malware və s.) barədə işçiləri mütəmadi olaraq məlumatlandırmaq;
  • Təhlükəsizlik siyasətlərinin effektiv tətbiqi üçün daxili kampaniyalar təşkil etmək.

Sənədləşdirmə və hesabat:

  • Təhlükəsizlik siyasətləri, prosedurlar və insidentlərlə bağlı sənədləri hazırlamaq və yeniləmək;
  • Təhlükəsizlik vəziyyəti və görülən tədbirlər barədə rəhbərliyə müntəzəm hesabat təqdim etmək;
  • Xarici auditlər və uyğunluq yoxlamaları üçün zəruri sənədləri hazırlamaq.

Əməkdaşlıq və liderlik:

  • Təhlükəsizlik komandasını idarə etmək, üzvlərə mentorluq etmək və onların peşəkar inkişafını dəstəkləmək;
  • Xarici təchizatçılar və təhlükəsizlik xidmətləri ilə əlaqələri idarə etmək.

Bilməlidir:

  • Rəhbər aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:
  • İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri (ISMS) və risklərin idarə edilməsi üzrə dərin biliklər;
  • Şəbəkə təhlükəsizliyi, şifrələmə və təhlükəsizlik alətləri (SIEM, IDS/IPS, DLP və s.) üzrə təcrübə;
  • Beynəlxalq təhlükəsizlik standartları (ISO 27001, NIST, PCI DSS) üzrə biliklər;
  • Kiber təhdidlərin təhlili və insidentlərə cavab vermə prosesləri üzrə təcrübə;
  • Layihə idarəetmə və komanda rəhbərliyi bacarıqları;
  • Hüquqi və tənzimləyici tələblərə uyğunluq üzrə biliklər.

 Tələb olunan ixtisas və təcrübə

  •  Ali təhsil (İnformasiya Texnologiyaları, Kiber Təhlükəsizlik, Kompüter Elmləri və ya əlaqəli sahədə);
  •  İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
  •  Certified Information Systems Security Professional (CISSP), Certified Information Security Manager (CISM) və ya oxşar sertifikatların olması üstünlükdür;
  • Şəbəkə təhlükəsizliyi, risk idarəetməsi və insidentlərə cavab üzrə dərin biliklər;
  • Layihə idarəetmə və komanda rəhbərliyi bacarıqları;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, ingilis dilində texniki sənədləri oxumaq və yazmaq bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily121
  • Weekly412
  • Monthly1136