Şirkətimizin maliyyə, vergi sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.
İş şəraiti
- İş yeri: Yunik Furniture MMC
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 09:00-18:30
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
- Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
- Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
- Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
- Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
- Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi
Namizədə tələblər:
- Yaş: 30–45
- Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq).
- Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər.
- PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir. Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı.
- Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
- MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).
- ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.
- Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.
- Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055) 222 26 66 Whats App nömrəsinə göndərə bilərlər.
Vacib qeyd: Tələblərə cavab verməyən, və subject-də vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmıyacaq!