Y Yunik Furniture MMC
  • 664

Baş Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mühasib

  • Истекает 5 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizin maliyyə, vergi sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.

İş şəraiti

  • İş yeri: Yunik Furniture MMC 
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatı: 09:00-18:30
  • Əmək haqqı: Müsahibə əsasında

Vəzifə öhdəlikləri:

  • Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
  • Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
  • Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
  • Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
  • Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
  • Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi 

Namizədə tələblər:

  • Yaş: 30–45
  • Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq).
  • Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər.
  • PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir. Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı.
  • Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
  • MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).
  • ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.
  • Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.
  • Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055) 222 26 66 Whats App nömrəsinə göndərə bilərlər.

Vacib qeyd: Tələblərə cavab verməyən, və subject-də vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmıyacaq!

  • Daily2
  • Weekly653
  • Monthly2038