Yup Technology MMC Yup Technology MMC
  • 101

Senior PHP-Laravel Developer

Senior PHP-Laravel Developer

  • Deadline 11 November 2026

Yup Technology MMC olaraq mövcud texniki heyətimizi genişləndirmək məqsədilə, xidmət göstərdiyimiz beynəlxalq logistika şirkətinin sistemlərinin idarə edilməsi, inkişafı və optimizasiyası üçün 2 nəfər təcrübəli və təşəbbüskar Senior PHP-Laravel Developer axtarırıq.

 

Texnologiya və innovasiya yönümlü platformalarımızda əsas işiniz logistika sistemlərinin funksionallığını inkişaf etdirmək, mövcud kod bazasını təkmilləşdirmək, yüksək yüklü sistemlərin texniki dayanıqlığını təmin etmək və mürəkkəb modulların sıfırdan yazılması olacaq.

 

Əsas vəzifələr:

 

Logistika platformasının arxitekturasını qurmaq, texniki həll yollarını araşdırmaq və tətbiq etmək;

 

Böyük həcmli məlumatların emalı üçün Web Scraping (məlumatların skrapinqi) sistemlərinin qurulması və idarə edilməsi;

 

Brauzer genişlənmələri (Browser Extensions) və ya sistem komponentləri ilə inteqrasiya olunan xüsusi modulların hazırlanması;

 

Yeni funksionallıqların yüksək performansla yazılması və mövcud kod bazasının refaktorinqi;

 

Tapşırıqların dərin analizi, memarlıq baxımından planlaşdırılması və dəqiq vaxt qiymətləndirilməsinin verilməsi;

 

Komandadaxili mentorluq, proseslərdə aktiv iştirak və Git üzərindən effektiv əməkdaşlıq.

 

Namizədə dair tələblərimiz:

 

PHP proqramlaşdırma dili üzrə ekspert/peşəkar səviyyədə bilik;

 

Laravel freymvorku ilə ən azı 6 il real və irihəcmli layihələrdə iş təcrübəsi;

 

Web Scraping (data mining) texnologiyaları və alətləri ilə zəngin praktiki təcrübə;

 

Müxtəlif platformalar və brauzerlər üçün Extensions (genişlənmələr) hazırlanması sahəsində təcrübə;

 

REST API, SOAP və OAuth 2.0 protokolları ilə mükəmməl işləmə bacarığı;

 

MySQL, MariaDB və ya PostgreSQL verilənlər bazaları ilə dərin iş və sorğuların optimizasiyası (query optimization) təcrübəsi;

 

Git, PHPUnit, Redis, Docker və CI/CD proseslərində peşəkar işləmə bacarığı;

 

Microservices (mikroxidmətlər) arxitekturası və SOLID prinsipləri üzrə mükəmməl biliklər;

 

Swagger, Postman və ya ApiDog ilə sənədləşdirmə işlərini aparmaq bacarığı;

 

Texniki Tapşırıqlarla (TT/PRD) işləmə və sistem memarlığı (system architecture) qurma bacarığı.

 

İş şəraiti və imkanlar:

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;

 

5 günlük iş qrafiki;

 

Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə əsasında (rəqabətqabiliyyətli) təyin olunur;

 

Dinamik, peşəkar və güclü komanda;

 

Real təsir gücünə malik, qlobal və irihəcmli layihələrdə iştirak imkanı;

 

Müasir texnologiyalar və çevik idarəetmə metodologiyaları ilə işləmək fürsəti.

 

Müraciət üçün:

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “PHP-Laravel developer” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily43
  • Weekly43
  • Monthly903