Marketinq və satış direktoru

  • Истекает 23 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hotellər şəbəkəsi satış menecerləri və SMM əməkdaşlarından ibarət 10 nəfərlik komandaya rəhbərlik edəcək, marketinq və satış fəaliyyətini kompleks idarə edə bilən, təşəbbüskar və nəticəyönümlü mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

  • Satış və SMM komandasının işini planlaşdırmaq, tapşırıqların icrasına və nəticələrə nəzarət etmək.
  • Müştəri zənglərinin və sosial şəbəkə mesajlarının cavablandırılmasını yoxlamaq, satış keyfiyyətini artırmaq.
  • Əməkdaşlara satış təlimləri keçmək, hədəflər müəyyənləşdirmək və performanslarını qiymətləndirmək.
  • Reklam kampaniyalarını, marketinq büdcəsini və məzmun hazırlanmasını idarə etmək.
  • Bazar və rəqibləri təhlil etmək, yeni müştərilər və tərəfdaşlar cəlb etmək.
  • Müştəri bazasını və təkrar əlaqələri nəzarətdə saxlamaq.
  • Gündəlik, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.
  • Ehtiyac yarandıqda yeni əməkdaşların seçilməsini, əvəzlənməsini və işə uyğunlaşdırılmasını təşkil etmək.

Namizədə tələblər:

  • Marketinq və satış sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən ən azı 1 il baş mütəxəssis və ya rəhbər vəzifədə təcrübə.
  • Komanda idarəetməsi, iş bölgüsü, təlim və nəticələrə nəzarət bacarığı.
  • Meta Ads və TikTok Ads üzrə praktik təcrübə; əvvəlki kampaniyalardan ölçülə bilən real nəticələr təqdim etmək bacarığı.
  • Marketinq strategiyası, büdcə planlaması, bazar və rəqib analizi üzrə biliklər.
  • Satış və reklam göstəricilərini, müştəri cəlbetmə xərcini və reklam gəlirliliyini təhlil etmək bacarığı.
  • CRM sistemləri ilə işləmək və müştərilərlə əlaqə prosesini sistemli təşkil etmək bacarığı.
  • Güclü təqdimat, kommersiya təklifi hazırlama və danışıqlar aparma bacarığı.
  • Dizayn proqramlarından istifadə və vizual materiallar hazırlamaq bacarığı.
  • Video montaj proqramları və video hazırlanması prosesi haqqında anlayış.
  • Süni intellekt alətlərindən istifadə, effektiv promptlar yazmaq və süni intellekt vasitəsilə videolar hazırlamaq bacarığı.
  • Ofis proqramlarında, xüsusilə *Excel və PowerPoint-də*, hesabatlar, cədvəllər və təqdimatlar hazırlamaq bacarığı.
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət.
  • Yüksək analitik düşüncə, operativ qərarvermə, təşkilatçılıq və problem həll etmə bacarığı.
  • İnkişafa və yenilikləri öyrənməyə meyilli olmaq, müxtəlif istiqamətlərdə paralel işləmək və nəticələrə görə məsuliyyət daşımaq.

Əməkhaqqı: 1 000–1 200 AZN + satışdan bonus.

CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Marketinq və satış direktoru” qeyd etməklə göndərin.

  • Daily14
  • Weekly570
  • Monthly1986