Tibbi Nümayəndə (Medical Representative) / Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Nümayəndə (Medical Representative) / Satış Meneceri

  • Deadline 10 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə: Tibb və Əczaçılıq

Məkan: Bakı, Azərbaycan

İş qrafiki: Tam iş günü (09:00 - 18:00)

Əsas Tələblər:

  • Təhsil: Ali təhsil (Tibb, biologiya, kimya və ya əczaçılıq sahəsində təhsili olanlara üstünlük verilir);
  • İş təcrübəsi: Müvafiq sahədə (tibbi nümayəndə və ya dərman/tibbi avadanlıq satışı) minimum 2 il aktiv iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarığı;
  • Sürücülük vəsiqəsi və Şəxsi avtomobil: Olması arzuolunandır.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin məhsullarını (dərman preparatları, tibbi avadanlıq və ya xidmətlər) təyin olunmuş region/klinikalar üzrə həkimlərə və apteklərə peşəkar şəkildə təqdim etmək;
  • Cari müştəri bazasını qorumaq və yeni potensial müştəriləri (həkim, klinika, aptek) aşkar edərək əməkdaşlıq qurmaq;
  • Gündəlik vizitləri (görüşləri) planlaşdırmaq və həyata keçirmək;
  • Satış planlarının vaxtında və effektiv icrasını təmin etmək;
  • Görülən işlər və bazarın analizi barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Şəxsi Keyfiyyətlər:

  • Yüksək təqdimat və inandırma bacarığı;
  • Aktiv satış və danışıqlar aparmaq qabiliyyəti;
  • Komandada işləmək və nəticəyə yönümlülük.

Şirkət tərəfindən təklif olunur:

  • Rəqabət qabiliyyətli sabit əmək haqqı + Satışdan bonuslar;
  • Korporativ nömrə və danışıq paketi;
  • Karyera və peşəkar inkişaf imkanları.
  • Əmək haqqı müsahibə əsasında təyin  olunacaq

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Tibbi Nümayəndə" qeyd edərək +994 50 417 77 17 nömrəyə göndərə bilərlər.

  • Daily2
  • Weekly40
  • Monthly1486