İş yeri: Siyəzən rayonu, Zarat k;
Vəzifə öhdəlikləri:
- Xammalın, hissələrin, digər mal-materialların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif mal-materialların anbardan buraxılması;
- Qəbul olunmuş müxtəlif malların müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
- Malların təyinatına görə çeşidlərə ayrılması və yerləşdirilməsinin təşkili;
- Malların və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik etmək;
- Yüklərin daşınması üçün nəqliyyat vasitələrinin koordinasiya edilməsi;
- Anbarda qorunub saxlanan malların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
- İnventarlaşdırmanın aparılmasında iştirak.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Anbar və logistika sahəsində 3il iş təcrübəsi;
- MS Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı.
İş şərtləri:
- Əməkhaqqı: 800 AZN
- 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Anbardar” yazıb göndərməklə müraciət edə bilərsiniz.