Zarat Poultry MMC komandamızı genişləndirmək məqsədilə Kəsim fabrikində fəhlə vəzifəsi üzrə yeni əməkdaşlar axtarır.
İş yeri: Abşeron rayonu, Digah qəsəbəsi
Əmək haqqı: 550–600 AZN
Vəzifə öhdəlikləri:
- Kəsim fabrikində istehsalat prosesində verilən tapşırıqları yerinə yetirmək;
- Məhsulların çeşidlənməsi, qablaşdırılması və yüklənməsi işlərində iştirak etmək;
- İş yerində təmizlik və səliqə qaydalarına riayət etmək;
- Əmək və təhlükəsizlik qaydalarına əməl etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Namizədə tələblər:
- Fiziki cəhətdən sağlam və çevik olmaq;
- Məsuliyyətli, intizamlı və işgüzar olmaq;
- Komandada işləmək bacarığı;
- İş təcrübəsi olan namizədlərə üstünlük verilir.
CV və ya əlaqə məlumatlarınızı Fəhlə yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.