Mühasib

  • Истекает 10 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
  • Alış, satış, bank və kassa əməliyyatlarının uçotunun həyata keçirilməsi;
  • Vergi, DSMF və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və təqdim edilməsi;
  • Debitor və kreditor borclarına nəzarətin həyata keçirilməsi;
  • Əməkhaqqının hesablanması və müvafiq mühasibat əməliyyatlarının icrası;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin işlənməsi;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıq tapşırıqlarının icrası.

Namizədə tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • 1C (8.3), ERP proqramları və MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, operativlik və yüksək ünsiyyət bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi)
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Stabil və müasir iş mühiti.
  • Əmək haqqı 1000 -1300  AZN (net).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly633
  • Monthly1033