Tələblər:
- Təhsil: Ali təhsil/Texniki təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 2 il
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
İş öhdəlikləri:
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
- Anbara gələn sifarişlərin mövcüd olub olmamasını yoxlayır, daxil olan mal və yükləri qeydiyyata alır və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparır;
- Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırır;
- Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edir;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal məlumat verir;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.
İş qrafiki:
- 6 günlük iş rejimi
- Həftə içi iş saatları: 08:00-16:00
- Şənbə günü: 08:00-14:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı şəhəri
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Anbardar” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.