Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Boya supervayzoru kimi 2-3 il (Tikinti layihələri, metal konstruksiya və bənzəri sahədə)
- MS office yaxşı səviyyədə bilmək
- İngilis və rus dillərini bilmək
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- BGAS Level 2 sertifikatına sahib olmaq üstünlükdür.
İş öhdəlikləri:
- İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş boyama işlərini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
- Normativ sənədlərin hazırlanması;
- Material, işçi heyəti və müştəri ehtiyaclarını əvvəlcədən müəyyən edərək, istehsalat rəhbərinə bildirmək;
- Göstərilən iş proqramına uyğun olaraq boyama sahəsində təfsilatlı iş proqramı hazırlamaq;
- Günlük və aylıq hesabatları hazırlamaq;
- Boyama sahəsində daşınma işlərini həyata keçirilməsinə nəzarət etmək və istehsalat rəisinə məlumat vermək;
- Təsdiq edilmiş layihələri yoxlayaraq, boyama işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
- Boyama üsulları və standartlarını bilməli;
- Yeni istehsal olunan metallarda metal səthlərin boyama prosesinə hazırlanması, boya tətbiq ediləcək səthin müxtəlif qalıqlardan təmizlənməsi, səthlər üzərində cilalama, təmir, bərkitmə və tamamlama işlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Bütün peşə alət və avadanlıqlarında işlək, onların texniki cəhətdən saz saxlanmasına nəzarət etmək;
- Ehtiyac olduğu təqdirdə səthlərə örtük çəkmək və naqillərin üzərini bağlatdırmaq;
- İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
- Keyfiyyətə Nəzarət tələblərinin təmin edilməsinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki:
- 5 günlük iş rejimi
- 08:00-17:00 iş saatları
- 12:00-13:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Təminatlar: gündə 3 dəfə qidalanma və yerləşmə
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Boya sahəsi üzrə supervayzor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt yazaraq göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.