AZMADE GROUP-a daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Çilingər” axtarışındadır.
Tələblər:
- Təhsil: orta/texniki peşə
- İş təcrübəsi: Çilingər 2 il ( Metal konstruksiya və bənzəri sahədə)
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
İş öhdəlikləri:
- Metal elementləri (çubuqlar, borular, profil və s.) uyğun ölçülərə kəsib, qaynaq və ya digər birləşmə metodları ilə birləşdirmək.
- Metal konstruksiyaların istismarı zamanı yaranan nasazlıqları müəyyən etmək və təmir etmək.
- Konstruksiyaların dayanıqlığını və təhlükəsizliyini təmin etmək məqsədilə texniki baxışlar keçirmək.
- İstehsalat işlərini yerinə yetirərkən, texniki çizimlərə, layihə planlarına uyğun olaraq hərəkət etmək.
- Müvafiq alətlər və avadanlıqlarla düzgün işləmək üçün təlimatları izləmək.
- Zavodda təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
- Təhlükəli materiallar və alətlərlə işləyərkən lazım olan qoruyucu avadanlıqları istifadə etmək.
- İş alətlərini və avadanlıqları düzgün istifadə etmək, müntəzəm olaraq texniki qulluq göstərmək.
- Təmir ehtiyacı yaranan alətləri təmir etmək və ya mütəxəssisə yönləndirmək.
İş qrafiki:
- 5 günlük iş rejimi
- 08:00-17:00 iş saatları
- 12:00-13:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Çilingər” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.