AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Keyfiyyətə Nəzarət üzrə mühəndis” axtarışındadır.
Tələblər:
- Ali (bakalavr/magistr) təhsilli;
- Bu və ya oxşar sahədə (metal sahəsi) minimum 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
- Metal işlərindən anlayışlı olmalı;
- ERP proqramlarında işləmək bacarığı arzuolunandır;
İş öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması;
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənətləşdirmə işlərinin icrası;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Keyfiyyət standartlarına riayət edilməsinə nəzarət;
- Məhsul keyfiyyətinin artırılması ilə bağlı təkliflərin hazırlanması;
- Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi, 08:00-16:00 iş saatları
- Şənbə günü 08:00-14:00
- 13:00-14:00 nahar fasiləsi
- İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Keyfiyyətə Nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yazaraq göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.