Keyfiyyətə Nəzarət üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə Nəzarət üzrə mühəndis

  • Истекает 27 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC  “Keyfiyyətə Nəzarət üzrə mühəndis” axtarışındadır.

Tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil.
  • Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi.
  • Metal konstruksiyaların montajı, qaynaq, boltlu birləşmələr və ümumi tikinti işləri üzrə [təcrübə/bilik].
  • Layihə çertyojlarını, Shop Drawing və KMD sənədlərini oxumaq bacarığı.
  • ITP, WIR, MIR, NCR, MS və qəbul aktları ilə işləmək təcrübəsi.
  • NDT üsulları və layihəyə tətbiq olunan EN/AWS standartları haqqında biliklər.
  • AutoCAD, MS Excel və Word proqramları ilə işləmək bacarığı.
  • Sifarişçi ilə inspeksiyaların aparılması, dəqiqlik və obyektiv qərarvermə bacarığı.
    Müvafiq sahədə 1-3 il iş təcrübəsi;

İş öhdəlikləri:

  • Tikinti sahəsində işlərin təsdiq edilmiş layihə, texniki spesifikasiya və qəbul meyarlarına uyğunluğunun yoxlanılması.
  • Metal konstruksiyaların montajı, anker, bolt və sahə qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət.
  • Həndəsi ölçülərin, şaquliliyin, üfüqiliyin və montaj toleranslarının yoxlanılması.
  • Materialların qəbul yoxlamalarının aparılması və MIR sənədlərinin hazırlanması.
  • ITP, WIR, yoxlama siyahıları və inspeksiya hesabatlarının hazırlanması və idarə olunması.
  • Qaynaq və digər tələb olunan sınaqların, o cümlədən NDT yoxlamalarının koordinasiyası.
  • Beton, armatur, qəlib və digər tikinti işlərinin keyfiyyət yoxlamalarının təşkili.
  • Gizli işlərin yoxlanılması və müvafiq qəbul aktlarının hazırlanmasında iştirak.
  • Uyğunsuzluqların (NCR) qeydə alınması, düzəldici tədbirlərin və təkrar yoxlamaların izlənilməsi.
  • Sifarişçi inspeksiyalarının koordinasiyası, Punch List və yekun keyfiyyət sənədlərinin tamamlanması.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş rejimi
  • 08:00-16:00 iş saatları
  • Şənbə günü 08:00-14:00
  • 13:00-14:00 nahar fasiləsi
  • İş yeri: Bakı şəhəri

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Keyfiyyətə Nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily1
  • Weekly539
  • Monthly1