Tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 5 il iş təcrübəsi
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bacarığı
- PMD sənədləşməsində təcrübəli
- AutoCAD və Primavera proqramlarını yüksək səviyyədə bilmək,
- Dəqiqlik və operativlik
- Tikinti işləri və avadanlıqların fəaliyyətlərinin planlaşdırılmasını bacarmaq
İş öhdəlikləri:
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
- Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
- Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
İş qrafiki:
- 6 günlük iş rejimi
- Həftə içi iş saatları: 08:00-16:00
- Şənbə günü: 08:00-14:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı şəhəri
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Layihə rəhbəri” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.