Z Zayam Technologies Park OJSC
  • 805

Zayam Technologies Park OJSC

Mühəndis konstruktor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis konstruktor

  • Deadline 11 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində  3  il iş təcrübəsi 
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
  • AutoCAD proqramında işləmək bacarığı
  • Teka structures, Solidworks proqramlarını bilməli

İş öhdəlikləri:

  • Çizgilərin kompyuterdə mühəndis proqramlarında çəkilməsi və başqa texniki sənədləri tərtib edilməsini təmin etmək;
  • Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək;
  • Layihə işlərini yaxşılaşdırmaq, səmərəli və dayanıqlı etmək üçün düzgün konstruktiv həllin seçilməsini təmin etmək;
  • Layihə üzrə texniki hesablamaları aparmaq; 
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Konstruktiv hesabatların aparılması,  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
  • Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
  • Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
  • Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;

İş qrafiki:

  • 5 günlük iş rejimi
  • Həftə içi iş saatları: 08:00-17:00 
  • 12:00-13:00 nahar fasiləsi
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır. 

İş yeri: Şəmkir şəhəri

Haqqımızda məlumatı www.azmade.azwww.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Mühəndis konstruktor” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily20
  • Weekly20
  • Monthly1555